USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
XV Verona Avrasiya İqtisadi Forumu Azərbaycana nə qazandırdı?
“Avrasiyanı tanı” qeyri-kommersiya assosiasiyasının təşəbbüsü ilə Veronada 2008-ci ildən keçirilən, Rusiya və İtaliyanın işgüzar, elmi və ictimai dairələrinin nümayəndələrinin iqtisadi forumu (Veronada Rusiya Federasiyasının fəxri konsulluğu tərəfindən təsis edilmişdir) bu il qanunamüvafiq şəkildə Bakıda keçirildi.
İtaliya və Rusiya Federasiyasının münasibətləri, dəyişən şəraitə və xarici çağırışlara baxmayaraq qorunur və kəsilmir, tədricən dəyişikliklərə məruz qalır. İtaliya və Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşları üçlüyünə daxildir, Azərbaycan 27-28 oktyabr tarixlərində XV Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına dost ərazidə görüşmək və “yeni qlobal reallıq kontekstində Avrasiya məkanında iqtisadi əməkdaşlığı” (forumun şüarı belə idi) müzakirə etmək imkanını vermişdir.
Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun da Bakıda qeyd etdiyi kimi, Rusiya Avropanın Şərqi kimi deyil, Avrasiyanın Şimalı kimi görür. Verona forumunun İtaliyadan Azərbaycana keçirilməsi – Rusiyanın dünyaya mühüm mesajıdır.
“Avrasiyanı tanı” assosiasiyasının daimi rəhbəri Antonio Falliko xatırlatdı ki, forumun 2008-ci ildə yaradılmasının çıxış nöqtəsi Avropada müxtəlif enerji mənbələrinə və enerji resurslarının iri ehtiyatlarına malik olan Rusiyaya artan maraq olmuşdur. Tədricən forum görüşlərinin gündəliyinə infrastruktur layihələri, maliyyə və elmi əməkdaşlığın inkişafını da daxil etmişdir.
Beşinci forumdan başlayaraq tədbir ikitərəfli olmaqdan çıxmış və getdikcə daha geniş, Avrasiya mövzulu olmağa başlamışdır, bu isə Verona forumunu Avrasiya forumuna çevirmişdir.
Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev çıxış etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə böyük maraq göstərir. “Avrasiya İqtisadi Birliyinin ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi bizim üçün böyük maraq doğurur. Bu Birliyin demək olar ki, bütün üzv ölkələri bizim strateji tərəfdaşlarımızdır”. O, qeyd etmişdir ki, 2021-ci ildə Azərbaycanın AİB ölkələri ilə ticarət dövriyyəsi 14%, 2022-ci ilin doqquz ayı ərzində isə 31% artmışdır. Nazir müavini qeyd etmişdir ki, AİB ölkələri üçün Azərbaycan təkcə mötəbər bazar deyil, həmçinin tranzit xidmətlərin göstərilməsi baxımından etibarlı tərəfdaşdır“.
Bakıda keçirilən Avrasiya İqtisadi Forumunda ən rezonans doğuran çıxış, şübhəsiz ki, “Rosneft”in rəhbəri İqor Seçinin “Enerji bazarında ümumdünya daşqını. Avropanın ikinci dəfə oğurlanması” nitqi oldu.
“Rosneft” 2008-ci ildən Verona İqtisadi Forumunun sponsorudur. Rusiya Federasiyasının bu aparıcı dövlət şirkətinin rəhbəri qeyd etdi: “Biz hamımız başa düşürük ki, Avropanın “oğurlanması”, mahiyyətcə öldürülməsi – sadəcə olaraq Amerika hegemoniyası dövrünü maksimum uzadılması cəhdidir. Ancaq yeni tarixi mərhələ qaçılmaz surətdə baş verəcəkdir”.
Onun fikrincə, Rusiyanı dünya iqtisadiyyatından “kəsib atmaq” ideyası absurd və xəyali ideyadır, belə ki, Rusiya Federasiyasının baza xammalın tədarükündəki payı təqribən 15% təşkil edir.
“Avropanın Rusiya enerji daşıyıcılarından imtinası Avropa İttifaqına 1 trilyon Avroya başa gələcəkdir və Avropa ölkələrini 16 milyondan çox iş yerindən məhrum edəcəkdir… Bununla yanaşı Aİ-də ABŞ-ın absurd ideyalarının reallaşması sürəti təəccüb doğurur. İdeyalardan biri – karbohidrogenlər üçün qiymətlərin tavan səviyyəsidir, bu isə faktiki olaraq ölkələrin suverenliyinin pozulmasıdır. Çünki belə hərəkətlərin nəticəsində “doğru” ölkələr “doğru olmayanlarla” müqayisədə enerjini ucuz qiymətə əldə edəcəkdir. Lakin Vaşinqton özünün hegemoniyası ilə nəyin bahasına olursa olsun mübarizə aparmağa borcludur, hərçənd Avropada bir sıra ekspertlər və siyasətçilər artıq açıq şəkildə Birləşmiş Ştatları, onların özü tərəfindən provokasiya olunmuş enerji böhranından faydalanmaqda ittiham edirlər”, – Seçinin Bakıdakı çıxışının əsas tezisləri bunlar olmuşdur.
Diqqətəlayiqdir ki, “Rosneft”, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində kadrların hazırlığı sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar, bununla yanaşı neft-qaz sahəsində texnologiyaların təkmilləşdirilməsi məsələləri üzrə təcrübə mübadiləsi, həmçinin birgə dəyirmi masaların, təcrübə keçmələrin, müşavirələrin və konfransların keçirilməsi nəzərdə tutulur.
“Rosneft” rəhbəri Azərbaycanın dövlət neft şirkəti SOCAR-ı Vostok Oil layihəsinə daxil olmağa dəvət etdi və Bakıda bu təklifi nəzərdə keçirəcəklərini vəd etdilər.
Bakı forumunda Rusiya Federasiyasının yanacaq energetika kompleksinin daha bir nüfuzlu nümayəndəsi – “Novatek” şirkətinin rəhbəri Leonid Mixelson da çıxış etmiş və press-brifinq vermişdir.
Bakıda Verona Avrasiya İqtisadi Forumunun gedişində iki ayrı sessiya Avrasiya məkanında iri nəqliyyat-logistika qovşağı kimi Azərbaycana həsr olunmuşdu. Vurğu “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsinin aktivləşdirilməsinə, həmçinin Zəngəzur dəhlizi layihəsinin (Ermənistan ərazisi vasitəsilə) reallaşdırılmasına edildi. Nəzərdə tutulur ki, bu region ölkələrini birləşdirəcək və ixrac-idxal əməliyyatlarının effektivliyini yüksəltməyə imkan verəcəkdir.
Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini Andrey Belousovun 28 oktyabra Bakıda bildirdiyi kimi, son illər Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı tərəfindən xeyli sayda investisiya layihələrinin həyata keçirilməsi üzrə aparılan böyük iş, həqiqətən Azərbaycanı nəinki regionda, həmçinin dünyada əhəmiyyətli nəqliyyat qovşağına çevirmişdir.
“Şimal – Cənub” marşrutu “uzunmüddətli tikintilərə” aiddir (layihənin 22 yaşı var), ancaq Ukraynaya görə Rusiya və Qərbin qarşıdurması gücləndikcə onun əhəmiyyəti artmağa başlamışdır.
Azərbaycan layihədə 2005-ci ildən iştirak edir. Əvvəlcə, 2000-ci ildə, dəhlizin məsafəsi Mumbaydan Helsinkiyə kimi təqribən 13 min km təşkil etməli idi. Ancaq o vaxtdan bəri layihə iştirakçılarının prioritetləri dəyişmişdir (onların sayı 13 idi, lakin hal-hazırda siyahıdakı iştirakçı sayı azalmışdır) və 22 il sonra söhbət Sankt-Peterburqdan İranın Fars körfəzi şəhərlərinə (BND-nin qərb qolu) və Hindistanda Mumbay şəhərinə (BND-nin şərq qolu) 7,2 min kilometr məsafəli, yüklərin son təyinat nöqtələrinə 14-20 günə çatdırılması müddətli marşrutdan gedir.
“Şimal – Cənub” marşrutunun həll olunmayan məsələlərindən biri İranda 164 kilometrlik dəmiryol sahəsinin (Rəşd – Astara) olmamasıdır, bu dəmiryol sahəsinin yaradılması üçün ilkin hesablamalara görə, təqribən 1,5 milyard ABŞ dolları lazımdır. Bu sahənin inşası 2030-cu ilə kimi “Şimal – Cənub” BND-nin gücünü ildə 15 milyon tona qədər, daha sonra isə ild 25-30 milyon tona kimi artırmağa imkan verərdi, bu isə marşrutun Süveyş kanalı ilə rəqabət aparmasına imkan verərdi.
Daha əvvəl İran təqribən 440 milyon ABŞ dolları həcmində Qəzvin – Rəşd dəmiryol sahəsinə investisiya qoymuşdur, həmin sahə 2019-cu ildə təntənəli şəkildə açılmışdır, Rəşd – Astara (Azərbaycanla sərhəd) sahəsi üzrə isə aktiv danışıqlar gedir.
Bundan əlavə, forum çərçivəsində Azərbaycan və Rusiya nümayəndələri iki ölkənin sərhədində buraxılış məntəqələrinin sayının artırılması məsələlərini müzakirə etdilər. “Bizim Rusiya ilə sərhəddə monitorinq keçirmək imkanımız oldu. Biz gördük ki, sərhəddə axın (malların) artır. Bu planda biz, buraxılış məntəqələrinin sayını artırmaq üçün bu sahədə də əməkdaşlığın effektivliyini artırmaq imkanını müzakirə etdik” – Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirmişdir.
Verona forumunun iştirakçıları ödənişlərin həyata keçirilməsi probleminə də diqqət ayırdılar, hətta Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bildirdi ki, Rusiyanın SWIFT-dən çıxarılması Rusiya Federasiyası və Azərbaycanın bankları arasında aparılan hesablaşma əməliyyatlarına təsir etmir, Azərbaycan banklarının əksəriyyətinin Rusiya banklarında Rusiya rublu ilə müxbir hesabları vardır.
O ki qaldı Bakıdakı forumda iştirak edən italiyalı işgüzar və elmi dairələrin, həmçinin aparıcı italyan KİV-in nümayəndələrinə, onlar diskussiyalarda, yeni geosiyasi reallıqlar baxımından Aİ-nin mövqeyi ilə birikdə başlıca problemlər üzrə RF və Azərbaycanın mövqeyini dərk etdilər.
Bütün bunları əlamətdar hadisə kimi daha uzaq perspektivə baxan Bakıda keçirilən XV Verona Avrasiya forumu etmişdir.
Bir cavab yazın