USD1,700,00%
EUR1,85–0,08%

13 minə yaxın insan Kəlbəcər rayonuna qayıdacaq


 |  admin  | 

Hakimiyyət 2024-cü ildə işğaldan azad edilmiş Kəlbəcər rayonuna 13 minə yaxın sakinin köçürülməsini planlaşdırır. Onlardan 5 mindən çox vətəndaş Kəlbəcərə qayıdacaq, 8 minə yaxını isə kənd və qəsəbələrdə yaşayacaq. 2026-cı ilə qədər ərazidə 2 min fərdi ev və 1,5 min mənzil tikiləcək. 2024-cü ilə qədər 1115, 2025-ci ilə qədər 725, son 1610 ev isə 2026-cı ilədək istifadəyə veriləcək.

Bu il Kəlbəcər rayonunun daha 7 yaşayış məntəqəsinin – İstisu, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndlərinin, gələn il isə daha dörd kəndin – Çaplı, Keşdək, Dalqılınclı və İmanbinəsinin layihələndirilməsi həyata keçiriləcək. Ümumilikdə 2026-cı ilə qədər bir şəhər, qəsəbə və 13 kənd bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı