USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Maliyyə Nazirliyinin təqdim etdiyi Azərbaycanın dövlət və icmal büdcələrinin layihələrinə əsasən, Azərbaycan idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarına hazırlığı və iştirakı ilə bağlı xərclərə 12,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bundan əlavə, 2024-cü ildə Paralimpiya idman qrupları və Abilimpiya komandalarının təlim-məşq toplanışlarının keçirilməsi, onların beynəlxalq idman yarışlarına hazırlığının təmin edilməsi və digər təşkilati işlərə 2,9 milyon manat ayrılacaq. Bu, 2023-cü illə müqayisədə 1,8 dəfə çoxdur. Qeyd olunur ki, bu məbləğ komandanın gələn il Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak xərclərinin ödənilməsi ilə bağlıdır.
Bir cavab yazın