USD1,700,00%
EUR1,85–0,08%

2024-cü il Paralimpiya Oyunlarına üç Azərbaycan idmançısı gedəcək


 |  admin  | 

Azərbaycan Taekvondo Federasiyasına Ümumdünya Taekvondo Təşkilatından rəsmi məktub daxil olub. Xəbər verilir ki, reytinq cədvəlinin nəticələrinə əsasən, K-44 kateqoriyasında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanıblar.

Qeyd olunur ki, hər üç para-taekvondoçu qarşıdakı yarışlarda əldə etdikləri nəticələrdən asılı olmayaraq rəsmi olaraq ilk altılığa düşəcək.

Paris 2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtında keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı