USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyi gücləndirmək məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilib. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların ərazisinin bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
2030-cu ilə qədər Azərbaycan istixana qazlarının emissiyasını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan edilib, burada ağıllı şəhər və ağıllı kənd kimi texnologiyalar tətbiq edilib, ekosistem bərpa olunub.
Bir cavab yazın