USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Daha bir qrup məcburi köçkün Bakının Qaradağ rayonunda yerləşən Qobu Park 3 yaşayış kompleksindən çıxaraq Füzuliyə gəlib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlara bu şəhərdə yeni tikilən evlərdə mənzillərin açarları təqdim olunub. Bu mərhələdə 28 ailə Füzuliyə qayıdır, 258 ailəyə şəhərdə daimi yaşayış yeri veriləcək.
Açarların təqdim edilməsi mərasimində Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa olunmuş Füzuli şəhərinə qaytarılması istiqamətində işlər davam etdirilir.
Bir cavab yazın