USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Hər il dekabrın 31-də dünyanın 70-dən çox ölkəsində soydaşlarımız Milli Həmrəylik Gününü qeyd edirlər. Bu bayram dünyada təxminən 50 milyon azərbaycanlını birləşdirir.
Ən böyük Azərbaycan diasporlarından biri – 2 milyona yaxın insan Rusiyada yaşayır. Onlar öz köklərini, milli adət-ənənələrini unutmur, xeyriyyəçilik, mədəni-maarif işləri ilə məşğul olan və ümumilikdə ölkənin həyatında fəal iştirak edən təşkilatlarda birləşirlər.
Hazırda Rusiya Federasiyasında 60-a yaxın belə təşkilat var. “Bunlar yalnız Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edənlərdir, faktiki olaraq isə ictimai birliklər dahada çoxdur. Əslində Rusiyada 270-dən çox belə təşkilat var. Həm də bunlar təkcə milli-mədəni muxtariyyətlər deyil”, – deyə Rusiya Xalqlar Evi direktorunun müşaviri Mehriban Sadıqova bildirib.
Diasporun böyük olması onunla izah olunur ki, Rusiyada rahat yaşamaq, təhsil almaq və uğurlu karyera qurmaq üçün hər cür şərait yaradılıb. Azərbaycanlı Tamara Cəfərova bizimlə bölüşdü ki, Rusiya Federasiyasını özünün ikinci vətəni hesab edir və orada aldığı təhsilə görə minnətdardır. O, hələ də Rusiya Xalqlar Dostluğu Universitetində psixologiya ixtisası üzrə təhsil alır, lakin artıq insanların psixi problemlərinin öhdəsindən gəlməyə kömək edir.
Uzun illər Rusiyada yaşayan Ramin Əzimov müxtəlif peşələri birləşdirməyi bacarır: o, biznes və ictimai işlərlə məşğuldur, həm də opera oxumaq bacarığını kəşf edib. Ramin Rusiya Federasiyasının hər yerinə konsertlərlə qastrol səfərləri edir. Onun repertuarında Azərbaycan mahnıları üstünlük təşkil edir və Ramin həqiqətən də ümid edir ki, o, ifalarında incə milli çalarları çatdırmağı bacarır.
Eyni zamanda, Rusiyada bütün millətlərin, o cümlədən azərbaycanlıların mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Məsələn, dekabr ayında Samara vilayətində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Tədbirlər dövlət başçısı Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının 20 illik yubileylərinə həsr olunmuşdur.
Tədbirdə milli qrupların yaradıcılıq proqramı və çıxışları ilə yanaşı, “Rusiya – Azərbaycan: dünən, bu gün, sabah” adlı dairəvi masa və taleyi Rusiya ilə sıx bağlı olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı olub.
Bir cavab yazın