USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan cüdosunun liderləri Budapeştdə keçiriləcək “Masters” seriyalı turnirində iştirak edəcəklər. Yarışlarda lisenziya xalları oynanılacağı üçün Azərbaycan cüdosunun liderləri milli komandaya daxil edilib. Turnirin bu il avqustun 4-5-də keçirilməsi nəzərdə tutulub.
Komandanın heyətində: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tskayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (100 kq çox) və Gültac Məmmədəliyeva (52 kq).
Hazırda turnirdə iştirak etmək üçün 54 ölkədən 400-ə yaxın cüdoçu müraciət edib.
Bir cavab yazın