USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əhalinin evlərin damında və həyətyanı sahələrə quraşdırılmış günəş panellərindən əldə etdiyi artıq elektrik enerjisini dövlətə sata biləcək fərmanın icrasına hazırlıq barədə məlumat verib. Bu məqsədlə elektrik enerjisinin idxal və ixracını ölçən ikitərəfli sayğacların tətbiqi nəzərdə tutulur.
Azərbaycanlı iqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, bir çox ölkələrdə əhali günəş panellərindən istifadə etməklə enerji istehsal edir, istifadə olunmayan elektrik enerjisinin qalan hissəsi isə şəbəkəyə ötürülür, nəticədə insanlar ondan gəlir əldə edirlər. Onun sözlərinə görə, Azərbaycanda belə bir mexanizm olmalıdır ki, insanlar alternativ enerjinin inkişafında maraqlı olsunlar.
Bir cavab yazın