USD1,700,00%
EUR1,85–0,08%

ADAM sərgisi Azərbaycanın gənc rəssamlarını bir araya gətirib


 |  admin  | 

İyunun 23-dək İçərişəhərdəki Zaman Art Gallery`da altı gənc müasir Azərbaycan rəssamının – Bəhruz Kəngərli, Vüsalə Ağaraziyeva, Cavid İlham, İmran Mehdiyev, Orxan Qarayev və Sayala Məmmədovanın əsərlərini təqdim etdiyi ADAM sərgisi keçirilir. Sərginin eksponatlarını almaq da mümkündür.

Cavid İlham sərgi üçün Adəmi (ilk insan) müxtəlif formalarda təsvir edən altı rəsm yaradıb. Orxan Qarayev öz daxili yaşantılarını, duyğularını rəsmlərində çatdırıb. Onun həyat yoldaşı Səyalə Məmmədova əsərlərində simvollardan, obrazlardan istifadə edib. Bəhruzun rəsmləri obrazlı rəngkarlıq istiqamətində çəkilmişdir. Vüsalə Ağaraziyeva müxtəlif insanların hisslərini əks etdirən “Qardaş” triptixini yaradıb. Heykəltəraş İmran Mehdiyev təcrübə və duyğulardan bəhs edən üç heykəl təqdim edib- “Niyə”, “Bağışla” və “Hisslər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı