USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ağdam şəhərində 2022-2026-cı illər ərzində “Böyük qayıdış üzrə I Dövlət Proqramı”nın icrasına uyğun olaraq 12 kənd yaşayış məntəqəsinin, 5 yaşayış massivinin layihələndirilməsi, həmçinin 4 kənd yaşayış məntəqəsinin və iki şəhər massivinin tikintisi planlaşdırılır.
Planlara görə, müasir Ağdamın ərazisi keçmiş Ağdam və ona bitişik səkkiz kənddən ibarət olacaq. Şəhərin 23%-i yaşıllıqlar, meşələr və parklardan ibarət olacaq. Şəhərin altı giriş və çıxışı var. Gəzinti və velosiped yollarına xüsusi üstünlük veriləcək. Köçürülən əhalinin istilik və isti su ilə təmin edilməsi üçün müxtəlif yaşayış massivlərində 12 qazanxana kompleksi tikiləcəkdir.
Bir cavab yazın