USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Fevralın 9-da Park Cinema Flame Towers-də Hikmət Rəhimovun ikinci filmi “Apatiya”nın premyerası olacaq. Premyeradan sonra yoxsulluq şəraitində insan taleyindən bəhs edən dram ölkənin bütün kinoteatrlarında tamaşaçılara nümayiş etdiriləcək. Baş rollarda Tural Baxış, Şəhla Əliqızı, Fuad Cəbiyev və başqaları çəkilib.
Hikmət Rəhimovun debüt filmi “Çılpaq” 2022-ci ildə ekranlara çıxıb və Türkiyə, Rusiya və Fransada keçirilən beynəlxalq film festivallarında mükafatlara layiq görülüb. “Apatiya” həm kino tənqidçilərinin, həm də bütün dünyada tamaşaçıların qəlbini fəth etməyə hazırdır.
Bir cavab yazın