USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanın ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırır, regional iqtisadiyyatın (Regional Economic Prospects) sentyabr icmasında qeyd edilir.
Bu qiymət bank tərəfindən mayda nəşr olunan proqnoza uyğundur. AYİB həmçinin Azərbaycanın 2023-cü il üçün ÜDM artımı qiymətini 2,5% səviyyəsində saxlayıb.
“Qeyri-enerji sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı üçün illik 6,2% iqtisadi artıma gətirib. Qeyri-neft sektorunda artım 9,9% təşkil edib, Azərbaycanda neft hasilatının 4,5% azalması vəqaz hasilatında 15,3% artması zaman neft-qaz sektorunda isə 0,4% azalma müşahidə olunmuşdur”, – icmalda qeyd olunur.
AYİB göstərir ki, karbohidrogenlərə yüksək qiymətlərə görə Azərbaycan onların ixracından əldə etdiyi gəlirləri demək olar ki, iki dəfə artırıb və cari hesabın böyük profisitini (6 ay ərzində 10,3 milyard dollar – İF) və dövlət büdcəsi profisitinı əldə edib.
Bankın hesablamalarına görə, Azərbaycanda inflyasiya iyunda 14,2%-ə qədər sürətlənib, lakin iyulda 13,7%-ə enib, bu da inflyasiya təzyiqinin azalmasının əlamətidir.
“Azərbaycanın Mərkəzi Bankı ilkin mərhələdə inflyasiyanın artmasına sərt reaksiya verib və 2021-ci ilin sentyabrından 2022-ci ilin martına qədər uçot dərəcəsini 150 baza bəndinədək artırıb, lakin sonrakı dövrlərdə bu məsələyə ehtiyatla yanaşıb”, – bank vurğulayıb.
AYİB-da hesab edirlər ki, enerji daşıyıcılarına yüksək qiymətlər yaxın perspektivdə Azərbaycanın iqtisadi artımını dəstəkləyəcəkdir: 2022-ci ildə 4,5% və 2023-cü ildə 2,5%. “Azərbaycanıniqtisadiyyatı üçün risklər balanslaşdırılmışdır və əsasən enerji daşıyıcılarına qiymətlərlə əlaqədardır”, – icmalda göstərilir.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM artımını 3,5%, 2023-cü ildə isə 2,7% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanın ÜDM 5,6% artıb.
Bir cavab yazın