USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il dekabrın 1-nə keçirilən siyahıyaalınma nəticəsində Azərbaycan əhalisinin sayı 10 milyon 176 min 811 nəfər olub. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ölkə vətəndaşlarının yarıdan çoxu (54,6%) şəhərlərdə yaşayır, kənd sakinlərinin xüsusi çəkisi 45,4% təşkil edir.
Yada salaq ki, 2023-cü il noyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 172 min 823 nəfər olub. Həmçinin qeyd olunur ki, 2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə çatıb ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Beləliklə, Azərbaycanın hər onuncu sakini təqaüdçüdür.
Bir cavab yazın