USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan əhalisinin sayına dair yeni məlumatlar


 |  admin  | 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il mayın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 143 min 521 nəfər olub. Onlardan 49,8 faizi kişi, 50,2 faizi qadındır. Şəhər sakinləri əhalinin 54,6 faizini, kənd sakinləri isə 45,4 faizini təşkil edir. Bu ilin yanvar-aprel ayları ərzində 15 065 nikah və 6 920 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6-dan 4,5-ə azalıb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə yüksəlib.

2023-cü ilin ilk dörd ayında ölkədə 37 159 yeni doğulmuş körpə qeydə alınıb. 2022-ci illə müqayisədə bu göstərici əhalinin hər 1000 nəfərinə 12,1-dən 11,1-ə qədər azalıb. Eyni zamanda, oğlanların 53,2 faizi, qızların isə 46,8 faizi doğulub. Həmçinin yeni doğulanlar arasında 1122 əkiz və 63 üçəm var.

Hesabat dövründə ölənlərin sayı 21205 nəfər olub.Ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 7,2-dən 6,4-ə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı