USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan Dəmir Yollarını kim terror edir?


 |  admin  | 

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, 2022-ci ildən indiyədək “Stadler” sürətli elektrik qatarlarına 30 dəfədən çox daş atılıb, bu da şirkətə ziyan vurur və daşımaların təhlükəsizliyini qorxu altına qoyur. Çox vaxt belə vandalizm yetkinlik yaşına çatmayanlar tərəfindən törədilir, ona görə də QSC valideynlərdən, məktəblərdən və icmalardan müvafiq maarifləndirici tədbirlər görməyi xahiş edir.

Qatarlar müntəzəm olaraq ayda bir neçə dəfə və daha çox Bakı Dairəvi Dəmir Yolunda daşlanır. Bütün günahkarlar ölkə qanunlarına uyğun olaraq məsuliyyətə cəlb edilir, yeniyetmələrin valideynləri dəymiş ziyanı ödəyir.

Xatırladaq ki, Azərbaycanda sürətli elektrik qatarları 2015-ci ildə hərəkətə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı