USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan dolması beynəlxalq festivalda birinci yerə layiq görülüb


 |  admin  | 

Azərbaycan dolması Daşkənddə keçirilən “Xalqların mədəni ənənələri və mətbəxi” beynəlxalq festivalında “Ən ləzzətli yemək” nominasiyası üzrə qalib olub. İştirakçıların yeməkləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Festivalın qonaqları və iştirakçıları Azərbaycanın suvenirlərini, milli kişi və qadın geyimlərini də yüksək qiymətləndirmişlər.

Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə Azərbaycan pavilyonunun qarşısında Azərbaycan xalqının ümummilli lideri haqqında fotoşəkillərdən və nəşrlərdən ibarət sərgi təşkil olunub. Həmçinin tədbirin qonaqlarına Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən kitablar hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı