USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ankarada keçirilən Türk Dünyası VIII Sənədli Filmlər Festivalı müxtəlif nominasiyalar üzrə qalibləri açıqlayıb. Festivalın əsas mükafatının qalibi kinorejissor, Azərbaycanın xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi olub. Rejissor Leylaxanım Qəmbərlinin çəkdiyi “Böyük qırmızı ev” filmi “Qısametrajlı sənədli film” nominasiyasında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Hüseyn Erdemin “Deprem və ovakəntli özbəklər” filmi festivalın xüsusi mükafatına – “Azərbaycanfilm-100″ə layiq görülüb.
Festivalın bağlanış mərasimində “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyi şərəfinə təşkil olunmuş “Azərbaycan filmlərinin afişaları” sərgisi təqdim olunub. Festivalın müsabiqə proqramında üç kateqoriya üzrə 49 film qalib olmaq üçün mübarizə aparıb. Qalib gələn filmlər doqquz türk ölkəsində nümayiş etdiriləcək.
Bir cavab yazın