USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Mən burdayam, İlahi” bədii filminin rejissoru Qulu Əsgərov və “Səlibçi” qısametrajlı filminin rejissoru Lətif Lətifsoy Azərbaycan Kinematoqrafçılar İttifaqının qrantını alıblar. Filmin çəkilişindən, montajından və dublyajından sonra videomaterialın işlənməsini əhatə edən post-prodakşn üçün vəsait ayrılıb.
“Mən burdayam, İlahi” filmi 44 günlük Vətən Müharibəsində yaralanan veterandan bəhs edir. Filmin ssenari müəllifi və prodüseri Həsən Axundovla birlikdə Nicat Dadaşov, operatoru Vasif Vəlizadədir.
“Səlibçi” lentində bir gün eyni otaqda ər-arvad arasındakı çətin münasibət göstərilir.
Bir cavab yazın