USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan gimnastları Avropa çempionu olublar


 |  admin  | 

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında böyüklərdən ibarət Azərbaycan yığması üç lent və iki topla qrup hərəkətlərində qızıl medal qazanıb. Hakimlər idmançılarımızın çıxışını 32,250 balla qiymətləndiriblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sosial şəbəkələrdə gimnastları təbrik edən paylaşım edib.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Daria Sorokina millimizin heyətində yer alıblar. “Ulduz kimi parla” şüarı altında keçirilən Avropa çempionatında ümumilikdə 38 ölkədən 315 gimnast (191 böyük və 124 yeniyetmə) iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı