USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk İslam İncəsənəti Biennalesinin bağlanış mərasimi keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda ayrıca pavilyonlarla təmsil olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyaları baxışa təqdim olunub. Tamaşaçılara təqdim olunan videoinstalyasiya Azərbaycan xalq musiqi aləti – tarın sədaları ilə müşayiət olunub.
Festivalın ziyarətçilərinə həmçinin şair Əyyuqinin “Vərqa və Gülşa: geri dönüş” multimedia instalyasiyası və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyaları təqdim olunub. Bundan əlavə, tədbir çərçivəsində təşkilatçılar tərəfindən Azərbaycan milli mətbəxinin nümayişi və dequstasiyası da keçirilib.
Layihənin kuratoru kimi Könül Rəfiyeva çıxış edib. Sərgidə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev və Ombudsman Səbinə Əliyeva da iştirak ediblər.
Bir cavab yazın