USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan Kinematoqrafçılar İttifaqının Mükafatı laureatları açıqlanıb


 |  admin  | 

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2023-cü ilin milli kinosunun ən yaxşı xadimlərini müəyyən edib. Onlar: “Əqrəb mövsümü” serialının ssenari müəllifi Azər Aydəmir, “Mən burdayam, ilahi!” filminin prodüserləri Nicat Dadaşev və Ağasən Axundov, “Suğra və oğulları” filmində Barat roluna görə aktyor İlqar Cahangir və Azərbaycan kinosundan bəhs edən “Kino gözlə söz arasında” kitabına görə Nadir Bədəlov.

Mükafat üçün namizədlər yerli kinonun inkişafına töhfə vermiş ən yaxşı rejissorlar, aktyorlar, səs mühəndisləri və kino tənqidçiləri arasında açıq səsvermə yolu ilə seçilir. Bu mükafata layiq görülənlər arasında Anar, Fuad Poladov, Nazim Rza İsrafiloğlu, Əsəd Əsədov, Firəngiz Qurbanova, Murad İbrahimbəyov, Şükufə Yusupova və digər tanınmış kino və incəsənət xadimləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı