USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Budapeştdə Azərbaycan komandasının altı medal qazanaraq birinci yeri tutduğu güləş üzrə reytinq turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız 140 xalla yarışın qalibi olub. Macarıstan 113 xalla ikinci, İran isə 98 xalla üçüncü olub.
Azərbaycan yunan-Roma güləşçiləri turniri üç qızıl, iki gümüş və bir bürünc medalla başa vurub. Turnirin qızıl medallarını Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) qazanıb. Gümüş medalın sahibləri Ülvi Qənizadə (72 kq) və Beka Kandelaki (130 kq) olub. Bürünc medalı Nihat Məmmədli (60 kq) əldə edib.
Bir cavab yazın