USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarovun verdiyi məlumata görə, Balaxanı Sənaye Parkında 205 milyon manatlıq məhsul istehsal edilib. Onun sözlərinə görə, tullantıların təkrar emalından əldə olunan gəlir ildən-ilə artır. Belə ki, ötən il sənaye parkında təqribən 160 milyon manatlıq məhsul istehsal edilib. Bu il Azərbaycan təkrar emal nəticəsində əldə etdiyi məhsulların ixracından 21 milyon manat gəlir əldə edib.
Balaxanı sənaye parkının ərazisində tullantıların çeşidlənməsi nəticəsində əldə edilən xammaldan aşağıdakı məhsullar istehsal olunur: təkrar emal olunmuş yağlar, rezin qırıntıları, plastik qırıntılar, mebel, çap üçün xammal, gübrələr və yemlər, yapışqan lent, meyvə qabları, kömür, plastik mesh, etiketlər və qablaşdırma, yanacaq, plastik qapılar və arakəsmələr.
Bir cavab yazın