USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan nümayəndəsi beynəlxalq idman federasiyasına rəhbərlik edə bilər


 |  admin  | 

Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) rəhbəri vəzifəsinə namizədlərdən biri Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqam Rəhimov olub. İtaliyalı Sandro Di Girolamo prezidentlik uğrunda mübarizə aparır.

İlqam Rəhim təkcə Milli Paralimpiya Komitəsinin prezidenti deyil, həm də Beynəlxalq Korlar İdmanı Federasiyasının vitse-prezidentidir. Hazırda Azərbaycan təmsilçilərindən heç biri heç bir beynəlxalq idman federasiyasına rəhbərlik etmir. Avropa Gimnastikasının rəhbəri olan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da Beynəlxalq Gimnastika Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, hazırkı rəhbər Morinari Vatanabeyə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı