USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan ordusunda andiçmə mərasimi keçib


 |  admin  | 

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında, Əlahiddə Ümumqoşun Ordusunda, Hərbi Hava Qüvvələrində, eləcə də digər qoşun növlərində hərbi qulluqçuların, ayrı-ayrı hərbi hissələr və xüsusi hərbi təhsil müəssisələrin andiçmə mərasimi keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.

Döyüş bayrağı parad meydanına gətirildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbirlər açıq elan edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çağırışçılar təntənəli şəkildə hərbi and içdilər. Sonda şəxsi heyətin tribuna önündən təntənəli yürüşü keçirilib. Bölmələrdə keçirilən rəsmi mərasimdən sonra şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı