USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan Prezidenti Füzuli rayonunda kəndlərin təməlini qoyub


 |  admin  | 

İlham Əliyev Füzuli rayonuna səfər edib, burada Qoçaxmədli və Cuvarlı kəndlərinin təməlini qoyub. Füzuli şəhərində 240 yerlik uşaq bağçasının, inzibati binanın, yaşayış və idman komplekslərinin təməlini qoyub. Dövlət başçısı həmçinin Əsgəran qalasını ziyarət edib, Azərbaycanın Dövlət bayrağını Xankəndi Xocavənd, Ağdərə, Xocalı şəhərlərində və Sərsəng su anbarının ərazisindəki Əsgəran kəndində qaldırıb.

Bundan əlavə, İlham Əliyev Tərtər rayonunun Suqovuşan kəndində təməlini ötən il qoyduğu istirahət parkının açılışında iştirak edib. 7,5 hektar ərazidə idman qurğuları, uşaqlar üçün əyləncə guşəsi, turizm-məlumat mərkəzi, kafe, üzən yol ötürücüsü və nəqliyyat vasitələri üçün dayanacaq, həmçinin 5 minə yaxın ağac və kol əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı