USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin deputatı Rüfət Quliyev regional hava limanlarının icarəyə verilməsi təklifi ilə çıxış edib. Deputat qeyd edib ki, dünyada bu təcrübəyə əməl edən çoxlu ölkələr var, məsələn, Türkiyə və Gürcüstan.
Onun sözlərinə görə, Azərbaycanın regionlarında ən yüksək standartlara cavab verən hava limanları tikilib, lakin onlar gündə bir-iki reys həyata keçirir. Ona görə də bu hava limanlarına tender elan edilməlidir və nəticədə yüzlərlə iş yeri açılacaqdır.
Bir cavab yazın