USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan Xalça Muzeyində mədəni tədbirlər keçiriləcəkdir


 |  admin  | 

Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyi müxtəlif yaradıcılıq və maarifləndirici tədbirlər keçirəcəkdir.

16 may saat 12:00-də 13 yaşdan yuxarı yeniyetmələr üçün Psixi sağlamlıq mərkəzinin uşaq psixoloqu Pərvin Müslümzadənin “Mənim dünyam” art-terapiya seansı keçəcəkdir.

17 may saat 16:00-da İqlim Dəyişikliyi Mərkəzinin direktoru Cəmilə Məmmədova iqlim dəyişikliyi problemləri və onlarla mübarizədə gənclərin rolu haqqında mühazirə oxuyacaqdır.

18 may saat 12:00-də 132-134 nömrəli tədris kompleksinin şagirdlərindən “Təbiətin səsi ol!” interaktiv tamaşa olacaqdır.


Tədbirlərin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Ekologiya nazirlikləri və “Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi” ictimai birlik olmuşdur.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 18 may 1977-ci ildən qeyd edilir. Bu il o, “Muzeylər, davamlılıq və rifah” devizi altında keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı