USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Həftənin ən mühüm hadisələrindən biri cümə axşamı səhər saatlarında Xəzər dənizinin Azərbaycan akvatoriyasında baş vermiş 5,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar bütün ölkə ərazisində hiss edilib, lakin dağıntı və ya digər ciddi fəsadlar qeydə alınmayıb. Afterşoklar da sakit keçdi.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, vəziyyət stabildir, aktivlik müşahidə olunur, lakin Azərbaycan sakinləri üçün təhlükə yoxdur.
Cümə axşamı ölkə üzrə bir sıra məktəblərdə dərslər ləğv edilib, lakin bir çox təhsil müəssisələrində dərslər həmişəki kimi davam edib.
Bir cavab yazın