USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yaxın günlərdə ölkə ərazisinə anomal istilər gələcək. Bəzi ərazilərdə termometr 42-44 dərəcəyə qədər yüksələ bilər. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, kəskin istilərdə uzun müddət çöldə qalmamağa, yüngül paltar geyinməyə və daha çox maye qəbul etməyə çağırır.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, istilər zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması açıq və meşəlik ərazilərdə yanğına səbəb ola bilər. Həmçinin kondisionerlərin işləməsi səbəbindən elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi qısaqapanma nəticəsində yanğınlara səbəb ola bilər.
Bir cavab yazın