USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkələrdə sağlamlıq üçün təhlükəli olan bioloji aktiv əlavələri, o cümlədən arıqladan dərmanları paylayan şəxslərə qarşı əməliyyat keçirib. Ekspertiza bu məhsulların insan sağlamlığı üçün təhlükəli olduğunu təsdiqləyib, faktla bağlı araşdırmalar davam etdirilir.
Polis və Agentliyin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirlər nəticəsində qanunsuz fəaliyyət göstərən Cəlal Həmidov və Elşən Məmmədovun mənşəyi məlum olmayan əlavələrin satışı ilə məşğul olmaları müəyyən edilib. Həmin məhsullardan götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və orada zərərli kimyəvi maddələrin olması təsdiqlənib.
Bir cavab yazın