USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ölkədə Azərbaycan dili və ədəbiyyat forumu təşkil olunub. Burada tanınmış dilçi və ədəbiyyatşünaslar, yazıçılar və nəşriyyatlar iştirak edirdi. Forumda qeyd olunub ki, Azərbaycan Mədəniyyət Nazirliyi yeni mütərəqqi kitabxanaların yaradılması layihəsinin hazırlanması məqsədilə ölkədəki kitabxanalarda monitorinqlər aparır. Forumda səslənən ekspertlərin rəy və təklifləri “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramına daxil ediləcək.
Forum çərçivəsində yaradıcı ziyalıların və elmi ictimaiyyətin iştirakı ilə mədəniyyətimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində və tanıdılmasında Azərbaycan dilinin və ədəbiyyatının rolu, ana dilimizin saflığının qorunması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, yerli kitab sənayesinin müasir vəziyyəti və bu sahənin dövlət tərəfindən dəstəklənməsi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbi amil və s. barədə müzakirələr aparılıb.
Bir cavab yazın