USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Beynəlxalq Muğam Mərkəzində paytaxtda keçirilən ikinci Baku Piano Festivalında Azərbaycanın tanınmış musiqiçiləri çıxış ediblər. Nurlan Növrəsli, Naibə Şahməmmədova, Eldar Məmmədov və Səbinə İsmayılova öz sevimli mahnıları və canlı emosiyaları ilə tamaşaçıları sevindiriblər.
İyunun 15-dən 29-dək Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda Baku Piano Festivalı keçirilib. Burada Azərbaycan, Almaniya, Avstriya, Braziliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Norveç və Türkiyədən müxtəlif musiqi janrlarında – rok, klassik, caz, pop, flamenko, tanqoda konsert proqramları təqdim edən istedadlı musiqiçi və sənətçilər iştirak ediblər. Həmçinin festival çərçivəsində tamaşaçılar üçün interaktiv ustad dərsləri və Kino Günləri təşkil olunub.
Bir cavab yazın