USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Avqustun 2-dək ölkədə bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Burada Azərbaycan, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Musiqisevərlərə hər gün maraqlı proqramlar təqdim olunur.
Festivalın açılış mərasimində Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə azərbaycanlı solistlərin çıxış etdiyi “Viva Opera” konserti olub.
Festivalda həmçinin Azərbaycan bəstəkarı Arif Məlikovun 90, pianoçu Bella Davidoviçin 95, bəstəkar Sergey Raxmaninovun 150 və İohannes Bramsın 190 illik yubileyləri şərəfinə proqramlar keçirilir.
Bir cavab yazın