USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda bir çox bitki növləri məhv olur


 |  admin  | 

1989-cu ildə nəşr edilən ilk Qırmızı Kitabda 140 bitki növü və 108 heyvan növü daxil edilmişdi, sonuncu nəşrdə isə artıq 241 fauna növü və 453 flora növü daxil edilib. Bundan başqa, Azərbaycanın Qırmızı Kitabının son nəşrində nəsli kəsilmək üzrə olan və daim nəzarətdə saxlanılmalı olan müxtəlif bitki növlərinin yer aldığı “Çəhrayı Siyahı” var.

Biologiya elmləri doktoru, Azərbaycanın “Qırmızı Kitabı”nın “Flora” hissəsinin tərtibatçılarından biri olan Tubuxanım Qasımzadə bildirib ki, bitkilərin yoxa çıxmasının əsas səbəbləri qlobal, yerli, antropogen amillərlə yanaşı, qeyri-rasional istifadədir. Onun sözlərinə görə, nadir bitki və heyvan növlərini qorumaq üçün dövlət maarifləndirmə işləri ilə məşğul olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı