USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan verilən məlumata görə, son bir həftə ərzində Azərbaycanda 21 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 13 nəfər sağalıb, 6 vəfat edib. Ümumilikdə 39 nəfər xəstəliyin aktiv mərhələsindədir.
2020-ci ilin fevral ayının sonundan indiyədək ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə bağlı 7 milyon 711 min 925, son bir həftə ərzində isə 3 min 42 test aparılıb, bu müddət ərzində Azərbaycanda 834 min 135 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 823 729 nəfərin müalicəsi uğurla başa çatıb, 10 367 nəfər vəfat edib.
Bir cavab yazın