USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu ilin qış aylarında Azərbaycanın daha 25 yaşayış məntəqəsinin sakinləri qaz alacaq. Bundan əlavə, cari il ərzində Astara, Göyçay, Xaçmaz, İsmayıllı, Qobustan, Masallı, Sabirabad, Şamaxı və Zərdab rayonlarında 13 kənd, o cümlədən Bakı, Sumqayıt, Abşeron və və digər 22 yeni yaşayış massivi tam qazlaşdırılacaq.
Yaxın aylarda növbəti yaşayış massivlərinin və kəndlərin sakinlərinin evlərinə qaz verilməyə başlayacaq:
1. Gədəbəy şəhəri Dərə Qumlu yaşayış massivi;
2. Tovuz rayonu, Hacıkənd kəndi;
3. Tovuz rayonu, Kazımlı kəndi;
4. İmişli rayonunun Kürdmaxmudlu kəndi;
5. Salyan rayonu, Xocalı kəndi;
6. Neftçala rayonu, Mirzəqurbağlı kəndi;
7. İmişli rayonu, Hacıalmuradlı kəndi;
8. Zaqatala rayonu, Fındıqlı kəndi;
9. Qax rayonu, Qarabaldır kəndi;
10. Şəki rayonu, Qumux kəndi;
11. Göyçay rayonu, Hacıağabəy kəndi;
12. Şamaxı r-nunun Zarat Heybəri kəndi;
13. Ucar rayonu, Şahlıq kəndi;
14. Şabran rayonu, Ərəblər kəndi;
15. Quba rayonu, Qaraçay kəndi;
16. Quba r-nunun Aşağı Xanağa kəndi;
17. Siyəzən şəhəri F.Əliyev küçəsi boyunca yerləşən massiv;
18. Quba rayonunun Cimi kəndi;
19. Yardımlı rayonu, Çayüzü kəndi;
20. Yardımlı rayonu, Perimbel kəndi;
21. Lerik rayonu, Züvüç kəndi;
22. Lənkəran rayonu, Şağlaküçə kəndi;
23. Astara şəhəri Nuru Paşa küçəsində yeni massiv;
24. Yardımlı rayonu, Pirembel kəndi;
25. Zərdab rayonu, Ağabaqlı kəndi.
Bir cavab yazın