USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda “Land Rover Defender” yolsuzluq avtomobillərinin Bakı-Şamaxı-İsmayıllı marşrutu üzrə avtoyürüşü keçirilib. Tədbir Azərbaycan Avtomobil Federasiyası, Autolux Azerbaijan və “Nargis” jurnalının təşkilatçılığı ilə baş tutub. Heydər Əliyev Mərkəzindən başlayan qaçış Şamaxı və İsmayıllı rayonlarında bir sıra proqramlarla başa çatıb.
Proqram çərçivəsində Şamaxı rayonunda şəhid və Vətən Müharibəsi veteranlarının övladlarına velosipedlər və müxtəlif hədiyyələr verilib. Qaçış başa çatdıqdan sonra İsmayıllı rayonunda əyləncə proqramı təşkil olunub, sonda hər bir iştirakçıya təşkilatçılar adından sertifikatlar təqdim olunub.
Bir cavab yazın