USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ilin ilk dörd ayında ölkədə elektrik enerjisi istehsalı 6,5% artıb. Ümumilikdə, yanvar-aprel aylarında Azərbaycan elektrik stansiyaları 9 milyard 852 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edib. Həmin dövrdə Azərbaycandan 1 milyard 244 milyon kilovatsaat elektrik enerjisi ixrac edilib, ölkəyə isə 41 milyon kilovatsaatdan artıq elektrik enerjisi idxal edilib.
Elektrik enerjisi istehsalının ümumi həcmində istilik elektrik stansiyalarında 9,266 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 586 milyon kilovatsaat təşkil edib ki, bunun da 462 milyon kilovatsaatı su elektrik stansiyalarının payına düşüb.
Bir cavab yazın