USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda İİV-ə yoluxanların sayı artır


 |  admin  | 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərovanın verdiyi məlumata görə, Azərbaycanda immunçatışmazlığı virusunun daşıyıcılarının sayı rəsmən 9 min nəfərə çatıb. 2022-ci ilə qədər ölkədə İİV daşıyıcılarının sayı 8563 nəfər olub.

İİV diaqnozu təsdiqlənmiş halların statistikası 1987-ci ildən 1 iyul 2023-cü ilə qədər olan dövrü əhatə edir. 9000 daşıyıcının 69%-i kişilər, 31%-i isə qadınlardır. Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) internet saytında dərc olunan hesabata görə, dünyanın bir çox ölkəsində test və antiviral müalicəni genişləndirməklə 2030-cu ilə yaxın epidemiyaya son qoymaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı