USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İqlim dəyişikliyi ilə əlaqədar Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də “Azəristiliktəchizat” ASC Azərbaycanda istilik mövsümünün vaxtının dəyişdirilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. ASC-nin mətbuat katibi Elvin Basqallının verdiyi məlumata görə, Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində bu və bir sıra digər məsələlər hazırda gündəliyə daxil edilib.
Qeyd olunur ki, bu il istilik mövsümü qrafik üzrə başlayacaq. Dağlıq ərazilərdə noyabrın 1-dən başlayır və gələn il mayın 1-dək davam edəcək. Bu gün Daşkəsən, Gədəbəy, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlıda istilik veriləcək. Bütün digər yaşayış məntəqələri üçün istilik mövsümü noyabrın 15-dən başlayacaq.
Bir cavab yazın