USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda lavanda biznesi inkişaf edir


 |  admin  | 

Son illər lavanda plantasiyaları öz gözəlliyi və unudulmaz ətri ilə getdikcə daha çox turist cəlb etməyə başlayıb. Bundan əlavə, fermerlər kosmetologiya və tibbdə istifadə olunan gül emalı məhsullarını satırlar. Belə ki, 2020-ci ildə Azərbaycandan 9 min dollar dəyərində 300 kiloqram, 2021-ci ildə isə 145,5 min dollar dəyərində 3464,4 kiloqram lavanda yağı ixrac edilib.

Lavanda iddiasız və quraqlığa davamlı bir bitki hesab olunur. Ekoturizm çərçivəsində mayın sonundan iyunun sonuna kimi çiçəkləmə mövsümündə fermerlər plantasiyalarda festivallar təşkil edirlər. Xammal emal edildikdən sonra isə lavanda yağı və lavanda suyu satışa çıxarılır. İndi dünya bazarında lavanda yağının kiloqramı təxminən 45-50 avroya satılır. Həmçinin arıçılığın iştirakı ilə lavanda balı istehsal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı