USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda pensiyalar artacaqmı?


 |  admin  | 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il bütün növ pensiyaların artımı proqnozlaşdırılır. Belə ki, yaşa görə pensiyaların orta məbləği 466 manatdan 516 manata, əlilliyə görə 367 manatdan 410 manata, ailə başçısını itirməyə görə pensiyaların orta məbləği 407 manatdan 454 manata yüksələcək.

Həmçinin, proqnozlara görə, bu ilin sonuna qədər orta pensiya 436 manat, 2024-cü ildə isə 483 manat olacaq.

Ümumilikdə, Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün gəlir və xərcləri 10,4 faiz artaraq 6 milyard 919,9 milyon manat təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı