USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Respublika Endokrinologiya Mərkəzinin məlumatına görə, hazırda Azərbaycanda qeydiyyatda olan 320 min şəkərli diabet xəstəsi var. 2019-cu ildən bəri 2-ci tip şəkərli diabet xəstələrinin sayı 224 607 nəfərdən 291 178 nəfərə yüksəlib. Eyni zamanda, uşaqların sayı 1717-dən 2432-yə yüksəlib.
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanovanın sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada şəkərli diabet xəstələrinin sayı artır. Qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, piylənmə bu xəstəliyin əsas səbəbləridir. Şəkərli diabeti erkən mərhələdə müəyyən etmək xüsusilə vacibdir, çünki bu, mümkün fəsadları minimuma endirməyə imkan verir, lakin çox vaxt xəstə diabet xəstəliyindən şübhələnmir.
Bir cavab yazın