USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında ölkəmizə dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çoxdur. Ən çox turist Rusiya (32,8%) və Türkiyədən (18,2%) gəlib. Gələnlər arasında kişilər 70,5%, qadınlar isə 29,5% təşkil edib.
Yanvar-iyul aylarında MDB ölkələrindən Azərbaycana 477,1 min nəfər səfər edib ki, bu da 2022-ci illə müqayisədə 1,7 dəfə çoxdur.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və ya avtomobil, 1,3 faizi dəniz nəqliyyatı ilə gəlib.
Bir cavab yazın