USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Ədliyyə Nazirliyinin arxivində olan vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən, son beş ildə ölkədə uşaqlara Mobil, Tayfun, Təbiət, Mərkəz, Abidə, Saniyə, Qiymət, Qələm, Kimya, Xurma, Bəbir, Zülal, Tərbiyə, Təravət, Təbiət, Tarix, Qoca kimi qeyri–adi adlar verilib. Həmçinin yüzə yaxın uşaq coğrafi obyektlərin şərəfinə adlar alıblar – Təbriz, Şuşa, Quba, Tiflis və s.
Son beş ildə ən çox oğlan uşaqlarına Əli (8511 dəfə), Yusif (8399) və Uğur (8254) adları verilir. Qızlar arasında isə Zəhra (8677), Zeynəb (6635), Məryəm (6497), Aylin (6297) və Fatimə (5731) adları daha çox yayılıb.
Azərbaycan Nazirlər Kabineti yanında Terminoloji Komissiyası 2012-ci ildən ad və soyadlarla məşğul olur, vaxtaşırı uşaqlara qadağan olunmuş adların siyahılarını dərc edir. Traktor, Kombayn, Sərxoş, Cinayətkar və s. kimi qəribə adlarla yanaşı, başqa dillərdən və başqa xalqlardan götürülmüş adi adlar bəzən qadağa altına düşür.
Bir cavab yazın