USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Həftəsonu Şamaxı rayonunun Meysəri kəndində ikinci Üzüm və Şərab Festivalı keçirilib. Orada ölkənin müxtəlif bölgələrindən olan şərab istehsalçıları öz şərab çeşidlərini təqdim edib, dequstasiyalar keçiriblər. Həmçinin tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə yarmarkalar, sommelier kursları və “Azərbaycanda şərabçılığın tarixi” mövzusunda təqdimat keçirilib.
Festival yerli üzüm və şərab istehsalının təşviqi məqsədilə Dövlət Turizm Agentliyi və yerli icra hakimiyyəti tərəfindən təşkil olunub. Yerli şərab zavodları, Üzümçülük İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası və turizm təşkilatları da “Azərbaycanda şərab turizminin perspektivləri” mövzusunda dəyirmi masa keçirib.
Bir cavab yazın