USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda xərçəng xəstəliyinin müalicəsinin icbari tibbi sığorta xidmətləri paketinə daxil edilməsinin mümkünlüyünü açıqlayıb. Hazırda respublikada “Xərçəng xəstələrinin əsas antitümör preparatları ilə təminatına dair Tədbirlər Proqramı” mövcuddur.
Bu proqram çərçivəsində bir sıra dərmanlar pulsuz verilir, lakin xərçəng xəstələrinin müalicəsi bəzən əlavə xərc tələb edir. Bu səbəbdən Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta xidmətləri paketinə daxil edilməsi ideyası müzakirə olunur. Əliyevin sözlərinə görə, Milli Xərçəng Mərkəzi, Səhiyyə Nazirliyi və Səhiyyə Komitəsi bu məsələ ilə məşğul olub.
Bir cavab yazın