USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan DİN-nin Baş İdarəsinin məlumatına əsasən son bir ay ərzində qanunsuz dövriyyədən ümumi dəyəri 15 milyon manata yaxın olan 400 kq narkotik vasitə aşkar edilərək götürülüb. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tədbirlər zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olan 49 nəfəri saxlayıblar.
Qanunsuz dövriyyədən 400 kq narkotik vasitə, psixotrop maddələr, o cümlədən 3600 ədəd narkotik tərkibli həb müsadirə edilmişdir. Nazirlikdən verilən məlumata əsasən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində qadağan olunmuş maddələrin Azərbaycana gətirildiyi kanallara ciddi zərbə vurulub. Narkotik şəbəkəsinin digər üzvlərinin saxlanılması üzrə əməliyyatlar davam edir.
Bir cavab yazın